"Məqsəd uşaqların psixikasını və sağlamlığını qorumaqdır".
1xeber.media xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir müavini bildirib ki, məktəblərdə internetə bəzi məhdudiyyətlər tətbiq etməyə çalışırlar:
"Məktəblərdə "TikTok"a çıxış bloklanıb".