Вернуться назад Распечатать

"Ermənistan xalqı Avropa gələcəyini seçib" - Kallas

"Ermənistan xalqının Avropa gələcəyinin lehinə səs verdiyini bildirib". 

1xeber.media xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Kaya Kallas deyib. 

"Ermənistan xalqı, Rusiyanın güclü təzyiqinə baxmayaraq, nəticədə Avropa gələcəyini seçib və bu, yaxşı haldır. Əlbəttə ki, biz onlara mümkün qədər kömək etməyə çalışırıq", - o, ifadə edib. 

Ermənistan Mərkəzi Seçki Komissiyası bir müddət əvvəl Paşinyanın partiyasının  parlament seçkilərində səslərin 50%-ni qazana bilmədiyini bildirib.