Вернуться назад Распечатать

Zelenski Ermənistandakı seçkilərdən sonra Paşinyana müraciət etdi

Ukrayna Prezidenti Vladimir Zelenski Ermənistanın Baş naziri Nikol Paşinyanı parlament seçkilərindəki qələbəsi münasibətilə təbrik edib və iki ölkə arasında əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirib.

1xeber.media xəbər verir ki, siyasətçi bunu özünün X sosial media səhifəsində yazıb.

"Ermənistanı demokratik və azad seçkilər keçirməsi münasibətilə, Nikol Paşinyanı isə qələbəsi münasibətilə təbrik edirəm (...) Ukrayna əməkdaşlığımızı genişləndirməyə hazırdır", - deyə siyasətçi yazıb.

Zelenski səsvermənin nəticələrini "Ermənistanın suverenliyinin qələbəsi" və "sizin müstəqilliyiniz" adlandıraraq onlara davamlı uğurlar arzulayıb. Ukrayna lideri həmçinin Avropa Birliyini Yerevana "real dəstək" göstərməyə və Brüssel ilə əməkdaşlıq yolu ilə insanların daha yaxşı həyat sürmələri üçün mümkün olan hər şeyi etməyə çağırıb.

Ermənistan parlament seçkiləri iyunun 7-də keçirilib. Seçici fəallığı təxminən 60 faiz olub və qanuna görə, qalib partiya səsvermədən sonra hökuməti formalaşdıracaq. Prosedura əsasən, Paşinyanın "Vətəndaş Müqaviləsi" partiyası səslərin 49,81 faizini toplayaraq qalib gəlib.