İsrail ABŞ prezidenti Donald Trampın tələbi ilə İrana hücumları dayandıracaq, lakin yaxın günlərdə Livana hücumları davam etdirəcək.
1xeber.media xəbər verir ki, bu barədə İsrail televiziyasının 12-ci kanalı yüksək vəzifəli İsrail mənbəyinə istinadən məlumat verib.
"Trampın tələbi ilə İsrail İrana hücumları dayandırır. Cənubi Livana hücumlar yaxın günlərdə tam gücdə davam edəcək", - deyə məlumatda bildirilir.
Daha əvvəl İsrailin Baş naziri Binyamin Netanyahu ilə Tramp arasında telefon danışığı olub. Söhbət ABŞ liderinin sosial mediada İsrail və İran arasında dərhal atəşkəs barədə razılığa gəlindiyini elan etməzdən əvvəl baş tutub.
İyunun 7-də İranın İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) İsrail ərazisinə raket zərbəsi endirib. Bu, aprel ayında atəşkəs qüvvəyə mindikdən bəri ilk hücum idi. Lakin Tramp İsrailin İrana qarşı qisas almaq planlarını narazılıqla qarşılayıb.