Вернуться назад Распечатать

Əsmər Əliyeva vəzifəsindən azad edildi

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və Çağrı Mərkəzi üzrə baş mütəxəssisi Əsmər Əliyeva vəzifəsindən azad olunub.

1xeber.media  NOCOMMENT.az-a istinadən xəbər verir ki, Əsmər Əliyeva dövlət qurumlarında 5 ildən artıq iş təcrübəsinə malik olub.

O, fəaliyyət göstərdiyi müddətdə vətəndaş müraciətlərinin idarə olunması, ictimaiyyətlə əlaqələrin təşkili və sənəd dövriyyəsi sahələrində çalışıb.

Onun vəzifədən azad edilməsinin səbəbi ilə bağlı rəsmi açıqlama verilməyib.