İnnovasiya və Təchizat Mərkəzi (İTM) növbəti tenderinin nəticəsini açıqlayıb.
1xeber.media xəbər verir ki, Mərkəz İxtioz və bullyoz epidermoliz xəstəliyi üzrə mübarizə tədbirləri ilə bağlı xərclər çərçivəsində dərman vasitələrinin satın alınmasını həyata keçirəcək.
Açıqlanan nəticələrə görə, tenderin qalibi “ZEYTUN PHARMACEUTİCALS” MMC olub. Məşhur apteklər şəbəkəsi bu dərmanları İTM-ə 2 milyin 199 min 359 manata təchiz edəcək.
Qeyd edək ki, İTM-lə “ZEYTUN PHARMACEUTİCALS” arasında tender əlaqələri yeni deyil. Hər il tərəflər onlarla belə anlaşma əldə edirlər.