1xeber.media xəbər verir ki, şahidlərdən olan matros Rəşid Rəşidov AzTV-yə deyib ki, ilk hücum onları yuxudan oyadıb:
"Ekipaj üzvləri gəminin idarəetmə hissəsinə doğru hərəkət etsələr də, ardınca yeni dron hücumları başlayıb".
Həmkarlarını və gəmi heyətini qorumağa çalışan Rəşid Rəşidov həyatını itirən ekipaj üzvlərinin meyitlərinin çıxarılmasında iştirak edib:
"Dron səsini eşidəndə alt mərtəbələrə düşdük. Bu zaman ikinci və digər dron zərbələrinin səsi eşidildi".
Mexanik Nicat Sarılı bildirib ki, o, öncə partlayışın səbəbini anlaya bilməyib:
"Gəmi ümumilikdə beş dəfə dron hücumuna məruz qaldı. Hücumlardan sonra biz həlak olan yoldaşlarımızın yerini təyin etdik, lakin onları çıxarmaq həmin vaxt uyğun deyildi, ona görə də havanın açılmasını gözlədik".
Xatırladaq ki, iyunun 5-i gecə saatlarında Azov dənizində iki xarici yük gəmisinin - "Natra" və "Zirkon" quru yük gəmilərinin dronlarla vurulması nəticəsində dörd Azərbaycan vətəndaşı həlak olub, dördünün isə yaralandığı bildirilib. Hadisə ilə bağlı araşdırmalar davam edir.
İyunun 5-də gecə saatlarında Azov dənizində dron hücumuna məruz qalan gəminin ekipaj üzvləri danışıblar.