Azərbaycanda icbari avtomobil sığortası sahəsində yeni qaydanın tətbiqi nəzərdə tutulur.
1xeber.media xəbər verir ki, yeniliyə əsasən, nəqliyyat vasitəsi üzrə etibarnamə ilə idarəetmə hüququ olan şəxslərin də sığorta tarixçəsi qiymətləndirmə zamanı nəzərə alınacaq.
Məlumata görə, bu dəyişiklik sürücülərin fərdi sığorta davranışının daha obyektiv qiymətləndirilməsinə imkan verəcək. Belə ki, avtomobili uzun müddət etibarnamə əsasında idarə edən şəxsin qəzasız sürücülük təcrübəsi və ya sığorta hadisələri gələcəkdə sığorta haqqının hesablanmasına təsir göstərə biləcək.
Yeni yanaşmanın sığorta sistemində şəffaflığın artırılmasına, risklərin daha dəqiq müəyyənləşdirilməsinə və sürücülərin məsuliyyətli davranışının təşviqinə xidmət etdiyi bildirilir.
Qaydanın tətbiqi ilə bağlı əlavə detalların yaxın vaxtlarda açıqlanacağı gözlənilir.