1xeber.media xəbər verir ki, İtaliya prokurorları İsrailin Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvirə qarşı istintaq başlayıb.
İstintaq ötən ay Qəzza zolağına humanitar yardım aparan donanmanın İsrail tərəfindən ələ keçirilməsindən qaynaqlanır. Siyasətçi işgəncə və adam oğurluğunda şübhəli bilinir, saxlanılan fəallar arasında İtaliya vətəndaşları da var.
Hazırda heç bir rəsmi ittiham irəli sürülməyib. Prokurorlar sübut toplamağa davam edəcək və kifayət qədər əsas tapılarsa, daha sonra cinayət təqibi tələb edəcəklər.
20 mayda Ben-Qvir Sumud donanmasında saxlanılanların videosunu yayımladı. Dərc olunmuş videoda İsrail qüvvələrinin fəallara qarşı zorakılıq etdiyi göstərilir.