ABŞ Prezidentinin xüsusi elçisi Stiv Vitkov və ABŞ Prezidentinin kürəkəni Cared Kuşnerin Rusiyaya gəlişi üçün hələlik dəqiq tarix yoxdur, lakin Moskva onları görməkdən məmnun olardı.
1xeber.media xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin səfərlə bağlı suallarını belə cavablandırıb.
"Hələlik dəqiq tarix yoxdur, amma təbii ki, onları istənilən vaxt Rusiyada görməkdən məmnun olardıq", - deyə o bildirib.