Bu ilin ilk rübündə (yanvar-fevral-mart) Azərbaycanda əhali alkoqollu içkilərə ayda adambaşına orta hesabla 2,35 manat vəsait xərcləyib.
1xeber.media xəbər verir ki,Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 5% artıb.
Qeyd edək ki, alkoqollu içkilərə ən çox Qazax-Tovuz iqtisadi rayonunda pul xərclənib. Bu iqtisadi rayonda sakinlər ayda adambaşına orta hesabla 3,9 manat içkiyə pul xərcləyiblər. İçkiyə ən az pul xərcləyənlər isə Lənkəran-Astara iqtisadi rayonunda yaşayanlar olub – ayda adambaşına orta hesabla 1,4 manat.
Alkoqollu içkilərə ayda adambaşına xərclənən vəsait iqtisadi rayonlar üzrə aşağıdakı kimi olub:
Bakı – 2,5 manat
Abşeron–Xızı – 2,5 manat
Dağlıq Şirvan – 1,6 manat
Gəncə–Daşkəsən – 2,5 manat
Qarabağ – 2,4 manat
Qazax–Tovuz – 3,9 manat
Quba–Xaçmaz – 2 manat
Lənkəran–Astara – 1,4 manat
Mərkəzi Aran – 2,5 manat
Mil–Muğan – 2,2 manat
Naxçıvan – 2,4 manat
Şəki–Zaqatala – 2,6 manat
Şərqi Zəngəzur – 2,2 manat
Şirvan–Salyan – 1,5 manat