Вернуться назад Распечатать

“Son bir il ərzində MyGov-un istifadəçi bazası 3 dəfə artıb”

“Ölkədə ən sürətlə inkişaf edən mobil tətbiq məhz MyGov-dur”.

1xeber.media  xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov Bakıda keçirilən “X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti”ndə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, son bir il ərzində MyGov-un istifadəçi bazası xeyli artıb.


“Son bir il ərzində MyGov-un istifadəçi bazası 3 dəfə artaraq 3,2 milyona çatıb. Bu platforma üzərindən təqdim olunan xidmətlərin sayı son bir ildə 11 dəfə, istifadəçilərə təqdim edilən məlumatların sayı isə 2 dəfə artıb”, - deyə o qeyd edib.