Вернуться назад Распечатать

Məktəblərdə dərsliklər yığılır

Azərbaycanda fəaliyyət göstərən məktəblərdə dərsliklərin yığılmasına başlanılıb.

Bu barədə 1xeber.media-ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Bildirilib ki, proses hazırda davam edir:

"Dərsliklər şagirdlərdən tədris ilinin sonuncu həftəsindən başlayaraq təhvil alınır. Hazırda da dərsliklərin şagirdlərdən təhvil alınması prosesi aparılır".

Qeyd edək ki, tədris ili sentyabrın 15-də başlayır və iyunun 14-də sona çatır.