Вернуться назад Распечатать

Saleh Səmədov məhkəmədə ifadə verdi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə DTX tərəfindən saxlanılan İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

1xeber.media xəbər verir ki təqsirləndirilən  şəxs Saleh Səmədov ifadə verib. O, özünü qismən təqsirli bildiyini deyib. Növbəti proses 1 iyula təyin olunub.

Xatırladaq ki, Saleh Səmədov AR Cinayət Məcəlləsinin 179.3.2 və 308.1-ci maddələri ilə ittiham olunur.Saleh Səmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.

O, həmçinin ötən il mayın 13-də İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib.