Gəncənin nəhəng müəssisələrindən olan "Gəncə Maşınqayırma Zavodu" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) fəaliyyətinin dayandığı və dövlətə milyonlarla manat vergi borcunun olduğu üzə çıxıb.
1xeber.media 32gun.az-a istinadla xəbər verir ki, vergi ödəyicisi statusu hazırda "bağlandı" (passiv) olan zavodun dövlət büdcəsinə tam olaraq 2 milyon 841 min 477 manat borcu yaranıb.
Gəncə şəhəri, Nizami, ev 561 ünvanında yerləşən və 44 milyon 465 bin 640 manatlıq nəhəng nizamnamə kapitalına malik olan müəssisənin qanuni təmsilçisi isə Rauf Hacıyev Ramiz oğludur.