Вернуться назад Распечатать

Yarım milyonluq borcu olan "Mavi İşıq" kimindir?

"Mavi İşıq" Kiçik Müəssisəsinin dövlət büdcəsinə yarım milyon manatdan çox vergi borcunun olduğu məlum olub.

1xeber.media xəbər verir ki 32gun.az-ın əldə etdiyi məlumata görə, müəssisənin hazırkı vergi borcu tam olaraq 599 min 484 manat təşkil edir. O rəsmi olaraq "riskli vergi ödəyicisi" elan edilib.

Gəncə şəhəri, Çay məcrası, ev Sahil 10 ünvanında hüquqi qeydiyyatda olan və cəmi 10 manat nizamnamə kapitalı olan şirkətin qanuni təmsilçisi isə Vidadi İsgəndərov Xəlil oğludur. Maliyyə fırıldaqları və şübhəli əməliyyatların qarşısının alınması çərçivəsində riskli statusu alan bu müəssisənin nəhəng borcu hansı səbəbdən yığması araşdırılır.