Вернуться назад Распечатать

MÜƏMMALI İTKİ: İSRAİLƏ CASUSLUQDA ŞÜBHƏLİ BİLİNƏN ŞƏXS YOXA ÇIXIB

 Livanda casusluq qalmaqalı: İsraillə əlaqədə şübhəli bilinən şəxs müəmmalı şəkildə yoxa çıxıb

1xeber.media xarici KİV-ə istinadla xəbər verir ki,Livanda İsrail kəşfiyyatı ilə əlaqədə olmaqda şübhəli bilinən bir şəxsin müəmmalı şəkildə yoxa çıxması ölkədə ciddi rezonans doğurub.

Məlumata görə, həmin şəxsin təhlükəsizlik orqanlarının nəzarəti altında olduğu iddia edilir. Onun yoxa çıxması ilə bağlı hadisə Livan hakimiyyəti üçün mürəkkəb siyasi və təhlükəsizlik məsələsinə çevrilib. Müxalifət və hüquq müdafiəçiləri hadisənin tam araşdırılmasını tələb edirlər.  

Beynəlxalq media hadisəni Yaxın Şərqdə davam edən gərginlik fonunda diqqətlə izləyir.