Papua Yeni Qvineyada sualtı vulkan püskürdü
1xeber.media xəbər verir ki, Papua Yeni Qvineya sahillərində sualtı vulkanın püskürməsi nəticəsində okeanın səthində nəhəng pemza (vulkan daşı) sahələri yaranıb. Yüzlərlə qayığın hərəkəti çətinləşib, bəzi marşrutlar müvəqqəti bağlanıb. Hadisənin görüntüləri sosial şəbəkələrdə geniş yayılıb.