Kubanın məşhur turizm mərkəzləri boş qalır
1xeber.media xəbər verir ki, Kubada bir vaxtlar turistlərlə dolu olan məşhur kurort və turizm zonalarında ciddi durğunluq yaşanır. Ölkədə iqtisadi böhran, elektrik kəsintiləri və xidmət sektorundakı problemlər səbəbindən turist sayı kəskin azalıb. Bir çox otellər yarıboş fəaliyyət göstərir. Reuters-in reportajında boş qalan çimərliklər və hotellər diqqət çəkib.