“Biz görürük ki, cari ilin dörd ayında qeyri-neft-qaz sektorunun qeyri-dövlət bölməsində əsas kapitala investisiyalar 15 faizdən bir az çox artıb”.
1xeber.media xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov AZƏRTAC və İTV-yə müsahibəsində bildirib.
“Sektor üzrə investisiyalarda isə qeyri-dövlət bölməsinin payı 51,1 faizə yüksəlib. Yəni bu nə deməkdir? Bu o deməkdir ki, özəl kapital dövlət investisiyalarını üstələyir, digər tərəfdən əgər keçən illə müqayisədə özəl sektordan gələn sərmayə 15 faiz artıbsa, deməli ya perspektiv görür, ya şəraiti münbit kimi qəbul edir, ya da hər ikisi. Bu nöqteyi-nəzərdən düşünürük ki, doğru istiqamətdə gedirik”, - nazir bildirib.