Elm və təhsil naziri Emin Əmrullayevin – “heç vaxt dərslik yazmayanlat dərslikləri tənqid edir” sözləri müzakirələrə səbəb olub. Nazir növbəti dəfə fikirlərinə görə sərt tənqid edilib.
1xeber.media Tribuna.az-a istinadla xəbər verir ki, dosent, ali təhsil üzrə ekspert İlham Əhmədovun sözlərinə görə, nazirin açıqlamasında heç bir məntiq yoxdur:
“Təhsil naziri deyir ki, heç vaxt dərslik yazmayanlar dərslikləri daha çox tənqid edir.
Bu nə məntiqdir?
Sabah da deyəcəklər ki, heç vaxt təhsil naziri olmayanlar naziri tənqid edə bilməzlər?
Dərslik haqqında rəy bildirmək üçün dərslik müəllifi olmağa ehtiyac yoxdur.
Dərslik müəllifləri çox azdır, bu haqda rəy vermək hüququnu yalnız onları tanımaqla, söz demək haqqını da, dərslik yazmaq kimi inhisara almaq istəyirsiz?
Bu nə deməkdir?
Müəlliflər, yəni öz yazdıqları, ya onlardan əvvəl ya sonrakı dərslikləri tənqid edəcəklər?
Dərsliyə verilən tələbləri, dərslik siyasətini bilən, müxtəlif illərin dərslikləri ilə tanış olan hər bir müəllim, təhsil mütəxəssisi dərslik haqqında fikir bildirə bilər.
Ali təhsilli valideyn də dərslik haqqında fikir bildirə bilər. Bu normaldır.
Normal olmayan elm və təhsili bilməyənlərin bu sahəni illərlə “idarə etməsidir”.