Slovakiya Xarici İşlər Nazirliyinin (XİN) Avropa İttifaqı işləri üzrə dövlət katibi Marek Estok Azərbaycanda səfərdədir.
Bu barədə dövlət katibi "X” hesabında bildirib.
Marek Estok Azərbaycana səfəri çərçivəsində Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.
O, Hikmət Hacıyevlə Azərbaycanla Slovakiya arasında əməkdaşlıq və yeni müştərək layihələr barəsində açıq və müsbət müzakirələr apardığını qeyd edib.