Azərbaycanda dövlət qurumları ilin ortasında xidməti avtomobil almaq həvəsinə düşüblər.
1xeber.media xəbər verir ki, təkcə son bir gündə avtomobil almaq üçün tender keçirən qurumların sayı 3-ü keçib.
Belə ki, Dövlət Gömrük Komitəsi (DGK) keçirdiyi tenderin nəticəsini açıqlayıb. Məlum olub ki, sərnişin motorlu nəqiyyat vasitələrinin (mikrovan və ya vanlar) satın alınması planlaşdırılır. Keçirilən tenderin qalibi isə “AUTOUNİVERSAL” MMC olub. Komitə şirkətdən 23 ədəd maşın alacaq ki, buna görə də, 1 milyon 117 min 800 manat ödəniş edəcək
Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi isə bununla bağlı tender elan edib. Mərkəz hibrid mühərrikli bir ədəd maşın almaq fikrindədir. Həmin avtomobilin alınmasına isə 93 min 700 manat pul sərf etmək niyyətindədirlər.