Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi təhsil müəssisələrinə qaz xətlərinin çəkilməsi və sayğacların quraşdırılması işlərinin satınalınması ilə bağlı tender elan edib.
1xeber.media xəbər verir ki,32gun.az-ın məlumatına görə, irihəcmli satınalmanın ehtimal olunan qiyməti dəqiq olaraq 2 milyon 63 min 371 manat 55 qəpik təşkil edir. Layihə çərçivəsində ölkə daxilindəki müvafiq təhsil ocaqlarının qazlaşdırılması və təhlükəsizlik sistemlərinin qurulması nəzərdə tutulur.
Qeyd edək ki, İdarənin müdiri Valeh Mirzalıyevdir.