Вернуться назад Распечатать

İlon Mask tarixdə ilk trilyonçu oldu

Amerikalı sahibkar İlon Mask “SpaceX” şirkətinin səhmlərinin ilkin kütləvi təklifi (IPO) nəticəsində tarixdə ilk trilyonçu olub.

1xeber.media xəbər verir ki, bu barədə Britaniyanın “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, şirkət daha əvvəl səhmlərinin ilkin kütləvi yerləşdirilməsi zamanı rekord həcmdə – 75 milyard ABŞ dolları cəlb etməyi planlaşdırdığını açıqlamışdı.

ABŞ-nin “SpaceX” şirkəti iyunun 11-də açıq təklifdən əvvəl səhmlərinin qiymətini və sayını açıqlayıb. Şirkət hər biri 135 ABŞ dolları dəyərində 555 min 555 səhm buraxıb.

Bildirilib ki, “SpaceX” səhmləri iyunun 12-dən etibarən Nasdaq birjasında SPCX indeksi altında ticarət olunacaq.