Вернуться назад Распечатать

Bakıda çiyələk yeyən qadın dəhşətli vəziyyətə düşdü - Dərisi soyuldu (VİDEO)

Bakı sakini çiyələk yedikdən sonra bədənində səpkilər əmələ gəlib və sonra dərisi soyulub.

1xeber.media xəbər verir ki, 27 yaşlı qadının bədənində yaranan səpkilər suluğa çevrilərək üzünə qədər yayılıb.

Allergiyanın ağır formasına çevrilən  yaralar  pasiyenti çətin vəziyyətlə  üzləşdirib. Xəstəxanaya çatdırılan qadına dərhal toksik allergik dermatit diaqnozu qoyulub. Həkim-efferentoloq Ağa İsmayılov deyib ki, pasiyent klinikaya ağırlaşmış formada gətirilib.

Həkimin sözlərinə görə, hadisəyə səbəb meyvə yetişdirilərkən bitkiyə verilən gübrələr ola bilər. Ona görə də meyvə yeyilməzdən əvvəl mütləq yaxşıca yuyulmalıdır. Saplağı giləmeyvədən ayrılmalıdır. Əks halda orqanizmdə ciddi fəsadlara yol açır.

27 yaşlı qadının qohumları “Xəzər Xəbər”ə açıqlamalarında onun səhhətinin hazırda yaxşı olduğunu və  müalicəsinin ev şəraitində davam etdirildiyini bildirdilər.