Вернуться назад Распечатать

İran-ABŞ sülh müqaviləsinin 14 maddəsi açıqlandı

İranın Mehr xəbər agentliyi İran və ABŞ arasındakı münaqişənin həlli ilə bağlı 14 maddəlik memorandum layihəsini dərc edib.

1xeber.media xəbər verir ki, Tehranın danışıqlar qrupuna yaxın mənbə mümkün razılaşmanın təfərrüatlarını açıqlayıb.

Sənəddə xüsusilə Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dərhal və tamamilə dayandırılması, İranın dəniz blokadasının tamamilə ləğvi və tərəflərin razılaşdığı kimi Hörmüz boğazının açılması tələb olunur. Bundan əlavə, ABŞ silahlı qüvvələrini İran ərazisindən çıxarmaq və İslam Respublikasının daxili işlərinə daha da müdaxilə etməkdən çəkinmək öhdəliyini götürür.

Digər müddəalar arasında İran neftinə qarşı sanksiyaların ləğvi, Tehranın maliyyə resurslarına çıxışının təmin edilməsi və ABŞ və müttəfiqləri tərəfindən ən azı 300 milyard dollar dəyərində İranın yenidən qurulması planı yer alır.

Daha əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi İran və ABŞ arasında anlaşma memorandumunun mətninin əsas məqamlar üzrə razılaşdırıldığını bildirmişdi. O, həmçinin qeyd edib ki, Vaşinqtonun ziddiyyətli mövqeyi həmişə danışıqlar prosesində pozuntulara səbəb olub.