1xeber.media xəbər verir ki, ölkədə davam edən parlament seçkiləri ilə əlaqədar müxalifətin mitinq çağırışları fonunda polis bölmələri Yerevandakı Mərkəzi Seçki Komissiyasının (MSK) binasına gəlməyə başlayıb.
Hazırda MSK binasında yerli xüsusi təyinatlı qüvvələrin üzvləri olan onlarla "Qara Bereli" yerləşdirilib. Vəziyyət sakit görünür. Mülki şəxslər dinc davranırlar və tədbir yerli media tərəfindən işıqlandırılır.
Hüquq-mühafizə orqanlarının əməkdaşları kiçik qruplar halında dayanaraq ətrafdakı hadisələri müşahidə edirlər.