Вернуться назад Распечатать

Təcili Tibbi Yardım Mərkəzində sistemli yoxlama - Mirələm Cəlalovu nə gözləyir?

 

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin sabiq rəhbəri Mirələm Cəlalovun fəaliyyəti ilə bağlı aparılan yoxlamalar zamanı ciddi nöqsanların aşkarlandığı iddia olunur.

1xeber.media bildirir ki, TƏBİB tərəfindən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində həyata keçirilən yoxlamalar çərçivəsində bir sıra qanun pozuntuları və idarəetmə ilə bağlı problemlər müəyyən edilib. Aşkarlanan faktlar üzrə araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin rəhbəri vəzifəsində çalışmış Mirələm Cəlalov bir müddət əvvəl TƏBİB-in İcraçı direktoru Anar Bayramovun qərarı ilə vəzifəsindən uzaqlaşdırılıb.

TƏBİB-in bu gün yaydığı rəsmi məlumatda isə bildirilib ki, tibb müəssisələrində aparılan monitorinqlərin məqsədi göstərilən tibbi xidmətlərin keyfiyyətnin artırılması, mövcud risklərin müəyyənləşdirilməsi, qanunvericiliyin tələblərinə riayət olunmasının təmin edilməsi və vahid tibbi standartların tətbiqidir.

Məlumatda qeyd olunur ki, monitorinqlər zamanı tibbi sənədləşmənin düzgün aparılması, klinik protokol və standartlara əməl olunması, müayinə və müalicə proseslərinin qiymətləndirilməsi, işçi heyətinin ştat cədvəlinə uyğunluğunun yoxlanılması, əmək müqavilələri və kadr sənədlərinin təhlili, əməkdaşların peşə hazırlığı, sertifikasiya və təlim prosesləri, eləcə də kadr ehtiyacları və işçi yükü araşdırılır.

Hazırda Mirələm Cəlalovun fəaliyyəti ilə bağlı rəsmi hüquqi qərar açıqlanmayıb.

bizimesr.com