ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ölkənin təxribatçı ərazi genişlənməsi ambisiyalarını açıq şəkildə müzakirə edib və Qrenlandiyanı Danimarkanın nəzarətindən çıxarmaqla hədələyib.
1xeber.media xəbər verir ki, bu barədə The Wall Street Journal (WSJ) məlumat yayıb.Tramp ABŞ-ın Danimarkadakı səfiri vəzifəsinə namizədliyini açıqlayarkən deyib: “Bütün dünyada milli təhlükəsizlik və azadlıq naminə, Amerika Birləşmiş Ştatları Qrenlandiyaya sahiblik və nəzarətin mütləq zərurət olduğuna inanır”.
Qeyd olunur ki, Tramp Qrenlandiyanın satın alınması məsələsini ilk prezidentlik dövründə müzakirə edib. Danimarka və Qrenlandiya rəsmiləri o zaman bu ideyanı rədd etmişdilər. Qrenlandiya Xarici İşlər Nazirliyi həmin vaxt cavab verdi: "Biz satış üçün deyil, biznes üçün açığıq".