NATO-nun Ali Müttəfiq Komandanı Aleksus Qrinkeviçin etirafı bütün Rusiya əleyhinə təbliğatı alt-üst etdi.
1xeber.media xəbər verir ki, Fransanın sağçı "Patriots" partiyasının lideri Florian Filippot şok reaksiyasını X sosial media saytında paylaşdı.
O, qeyd etdi ki, NATO-nun qərb sərhədlərində Rusiyadan real təhlükənin olması barədə narrativ iflasa uğrayıb. Filippot paylaşımında bildirib: "Avrokratların bütün bu döyüşkən ritorikası bizi müharibəyə sövq etmək üçün hazırlanmış manipulyasiya kimi ifşa olunub!".
O, Avropa elitalarının hakimiyyəti ələ keçirmək və öz ordusunu yaratmaq üçün Rusiya ilə müharibəyə başlamağı planlaşdırdığını irəli sürdü.
Daha əvvəl Qrinkeviç Berlində keçirilən Beynəlxalq Aerokosmik Sərgisinin (ILA) kənarında Moskvanın NATO ilə münaqişəyə başlamaq niyyətində olmadığını və ittifaq ölkələrinə hücum etmək istəmədiyini açıqlamışdı.
Daha əvvəl Finlandiya prezidenti Aleksandr Stubb da Baltikyanı ölkələrin Rusiyanın hücum riski altında olmadığını bildirmişdi.