Dünya çempionatında iştirak edən İngiltərə milli futbol komandası Floridadakı təlim-məşq bazasından Kanzas şəhərindəki düşərgəyə köçərkən bəzi məşq avadanlıqları və futbolçulara məxsus əşyalar oğurlanıb.
1xeber.media xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Bildirilib ki, oğurlanan əşyalar arasında futbolçuların butsları və müxtəlif məşq avadanlıqları da var.
Məlumata görə, polis hadisə ilə bağlı araşdırma aparıb və iki nəfəri saxlayıb.