Вернуться назад Распечатать

ABŞ-İran sazişi bu gün imzalanacaq

Tehranla Vaşinqton arasında saziş bu gün ABŞ vitse-prezidenti Ceyms Devid Vens və İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf tərəfindən onlayn formatda imzalanacaq.

1xeber.media xəbər verir ki, bu barədə İsrailin “i24” telekanalı məlumat yayıb.

Qeyd edək ki, CNN telekanalı İranın hələ ki, ABŞ-la çərçivə sazişi ilə bağlı yekun qərar vermədiyini bildirmişdi.