Вернуться назад Распечатать

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Qazaxıstan-Rusiya sərhədində, Pavlodar vilayətindəki “Kosak” keçid məntəqəsində yük nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur.

1xeber.media Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinə istinadla xəbər verir ki, mövcud vəziyyət meyvə-tərəvəz məhsullarının daşınmasında mövsümi artımla əlaqədardır.

Gözləmə müddətini azaltmaq üçün keçid məntəqəsi gücləndirilmiş iş rejimində işləyir. Yerli hakimiyyət orqanları ilə qarşılıqlı əlaqə qurulub və lazımi tədbirlər görülür.

Sərhəd Xidməti xatırladıb ki, Pavlodar vilayətində “Şarbaktı” və “Urlyutobe” beynəlxalq sərhəd keçid məntəqələri, Şimali Qazaxıstan vilayətində isə “Jana Jol”, “Karakoqa” və “Kızıl Jar” sərhəd keçid məntəqələri fəaliyyət göstərir.

Bundan əlavə, sərhəd keçid tarixini və yerini əvvəlcədən seçməyə imkan verən elektron növbə sistemi mövcuddur.

“Kosak” keçid məntəqəsinin orta buraxılış gücü gündə təxminən 200-220 yük maşını təşkil edir.