Вернуться назад Распечатать

Hidayət Orucovun oğlu atasının ÖLÜMÜNDƏN DANIŞDI

 

Ötən gecə Türkiyənin İstanbul şəhərində vəfat edən sabiq dövlət müşaviri, yazıçı-dramaturq Hidayət Orucovun cənazəsi bu gün axşam və ya sabah səhər saatlarında Bakıya gətiriləcək.

Bunu “Yeni Sabah”a açıqlamasında mərhumun oğlu Zəfər Orucov deyib.

O bildirib ki, cənazənin Vətənə gətirilməsi üçün hazırlıq işləri görülür. 

“Mən və başqa doğmalarımız İstanbuldayıq. Atamın cənazəsinin Azərbaycana gətirilməsi üçün lazım olan işlər görülür. Bu gün axşam və ya sabah səhər saatlarında Bakıya çatacağıq”, - Z.Orucov söyləyib.

Onun sözlərinə gərə, atasının dəfn olunacağı yer hələlik dəqiqləşməyib.  

Z.Orucov onu da bildirib ki, atası İstanbula müalicə üçün gedibmiş.

“Təəssüf ki, elə bir adamı itirdik. Bizim üçün çox çətindir, danışa bilmirəm”, - mərhumun oğlu bildirib.

Qeyd edək ki, görkəmli yazıçı-dramaturq, publisist, tərcüməçi, dövlət xadimi və diplomat, Əməkdar incəsənət xadimi Hidayət Orucov iyunun 13-də ömrünün 82-ci ilində vəfat edib.