Вернуться назад Распечатать

Ukraynadan Azərbaycana kiloqramı 2,8 manatdan 1 234 ton toyuq əti gətirilib

Bu ilin ilk 3 ayı ərzində Azərbaycana xarici ölkələrdən 1 733,1 ton hissələrə ayrılmamış, dondurulmuş ev toyuqlarının əti idxal edilib.
1xeber.media açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan ev toyuğu ətinin ümumi gömrük dəyəri 2 milyon 891,15 min dollar olub.
Beləliklə, idxal edilən ev toyuğu ətinin 1 kiloqramının orta gömrük dəyəri 1,67 dollar (təxminən 2,84 manat) təşkil edib.
Məlumat üçün bildirək ki, bu ilin ilk 3 ayında ev toyuğu əti ən aşağı qiymətə Belarusdan, ən baha qiymətə isə Rusiyadan idxal edilib. Belarusdan gətirilən ev toyuğu ətinin 1 kiloqramının orta gömrük dəyəri 1,49 dollar (təxminən 2,53 manat), Rusiyadan gətirilən ev toyuğu ətinin 1 kiloqramının orta gömrük dəyəri isə 1,95 dollar (təxminən 3,31 manat) olub. Ukraynadan gətirilən məhsulun 1 kiloqramının orta gömrük dəyəri isə 1,67 dollar (təxminən 2,84 manat) təşkil edib.
Qeyd edək ki, idxal olunan toyuq əti Azərbaycana bu ölkələrdən gətirilib:
Belarus – 303,66 ton (1 kiloqramının orta gömrük dəyəri 2,53 manat);
Rusiya – 195,78 ton (3,31 manat);
Ukrayna – 1 233,65 ton (2,84 manat).

Yeniavaz.com