Вернуться назад Распечатать

Kürdəmirdə 15 İyun – Milli Qurtuluş Günü münasibətilə ümumrayon konsert proqramı təşkil olunub

Kürdəmir Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyətin nümayəndələri və rayon sakinləri iştirak edib.

1xeber.media xəbər verir ki konsert proqramında rayonun mədəniyyət və incəsənət nümayəndələri ilə yanaşı, respublikamızın tanınmış sənətçiləri, xalq artisti Gülüstan Əliyeva, həmçinin sevilən müğənnilər Azəri qızı Günel, İlhamə Qasımova, Günel Nihat, Habil Məmmədov və tələbələri və Baba İsalı müxtəlif ifalar səsləndiriblər.
Sonda konsert proqramı möhtəşəm atəşfəşanlıqla başa çatıb.