1xeber.media xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski özünün Telegram kanalında amerikalı həmkarı Donald Trampla Rusiya lideri Vladimir Putinlə üçtərəfli görüş barədə müzakirə apardıqlarını açıqlayıb.
"Əgər Rusiya bu formatı rədd edərsə, əlavə təzyiq tələb olunacaq", - deyə o qeyd edib. Zelenski Ağ Ev rəhbərinin belə bir üçtərəfli görüşə razılıq verib-vermədiyini dəqiqləşdirməyib.
Daha əvvəl Zelenskinin rusiyalı oliqarx Roman Abramoviçlə görüşündə Donbasda mümkün ərazi güzəştlərini rədd etdiyi bildirilirdi. Zelenski həmçinin Abramoviç vasitəsilə Rusiya prezidentinə mesaj çatdırıb.