İndoneziya sahillərində 6.7 maqnitudalı zəlzələ qeydə alınıb.
1xeber.media xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri təqribən 282 min əhalisi olan Palu şəhərindən (Sulavesi adası) 46 kilometr cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub.
İtki və dağıntı barədə açıqlama verilməyib, sunami təhlükəsi elan edilməyib.