Вернуться назад Распечатать

"Razılaşmalar pozularsa..." - ABŞ-nin Vitse-prezidenti

ABŞ administrasiyası Tehranın razılaşmanın şərtlərinə əməl etmədiyi qənaətinə gələrsə, İrana qarşı hərbi zərbələri bərpa edə və dəniz blokadasını yenidən tətbiq edə bilər.

1xeber.media xəbər verir ki, bu barədə Vitse-prezident Cey. Di. Vens “Fox News” telekanalına müsahibəsində ABŞ-nin belə addımlar atmasının mümkün olub-olmaması ilə bağlı suala cavab verərkən danışıb.

“Bu, mümkündür və blokadaya qayıdış demək ola bilər. Bu, bir çox variantları ehtiva edə bilər”, – deyə Vens bildirib.

Vitse-prezident qeyd edib ki, ABŞ bu məsələdə atılacaq addımları özü müəyyən edəcək.

“Bütün seçimlər bizim ixtiyarımızdadır. Əgər onlar razılaşmalara əməl etməsələr, hansı tədbirlərin görüləcəyinə biz qərar verəcəyik”, – deyə o vurğulayıb.