İran İsraili ABŞ ilə memorandumun tərəflərindən biri hesab edir.
1xeber.media xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
Əraqçi xarici diplomatik nümayəndəliklərin nümayəndələri ilə görüşündə deyib: "Vacib bir məqamı vurğulamaq istəyirəm: bizim nöqteyi-nəzərimizdən memorandumun bir tərəfi ABŞ və İsrail, digər tərəfi isə İran və Hizbullahdır".
O, Livanda hərbi əməliyyatların dayandırılmasının ABŞ ilə İran arasındakı müharibənin sona çatmasının ayrılmaz hissəsi olduğunu vurğulayıb: "İsrail qüvvələri bu müharibədə işğal olunmuş ərazilərdən çıxarılmadan müharibə tam bitmiş hesab edilməyəcək".
İran diplomatı qeyd edib ki, İsrailin Livana qarşı hər hansı bir hücumu memorandumun pozulması hesab ediləcək.