Anna Akopyan illik Qlobal Birinci Xanımlar Akademiyası (Global First Ladies Academy) tədbirində iştirak etmək üçün ABŞ-a səfər edəcək.
1xeber.media xəbər verir ki, bununla bağlı Ermənistan Baş naziri Nikol Paşinyan iyunun 11-də qərar imzalayıb.
Paşinyanın qərarında Anna Akopyanın baş nazirin həyat yoldaşı kimi ABŞ-a səfər edəcəyi bildirilib. Məlumata görə, səfər 26 iyun - 4 iyul 2026-cı il tarixləri arasında planlaşdırılıb.
Tədbir Nyu-Yorkda keçiriləcək.
Paşinyan öz ofisinə səfərlə bağlı xərclərin müəyyən edilmiş prosedurlara uyğun olaraq ödənilməsini təmin etməyi tapşırıb. Ayrılan məbləğin dəqiq miqdarı açıqlanmayıb.
Qeyd edək ki, bu ilin fevralın 17-də Anna Akopyan Baş nazir Nikol Paşinyanla vətəndaş nikahının başa çatdığını elan etmişdi.