Şimali Atlantika Alyansı müdafiə xərcləri üçün ÜDM-in iki faiz həddinə çata bilməyən NATO üzvü ölkələrə təzyiq göstərir.
1xeber.media xəbər verir ki, bu barədə mənbələrə istinadən "El País" nəşri məlumat yayıb.“İki faizlik hədəfə çata bilməyən ölkələrdən bir neçə mənbə müəyyən təzyiqlərin olduğunu etiraf edir, lakin qeyd edir ki, yeni xərcləmə hədəfinə nail olmaq üçün rəsmi danışıqlar yeni başlayır”, - nəşr bildirib.
Mənbələr bildiriblər ki, müdafiə xərclərinin üç faizi ideyası da “konsolidə edilməyib”. Hazırda səkkiz ölkə NATO-nun təzyiqi altındadır, o cümlədən ÜDM-in cəmi 1,28 faizini müdafiəyə xərcləyən və yalnız 2029-cu ildə iki ölkəyə çatmağı planlaşdıran İspaniya.