Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində (ASAN Xidmət) çalışan digər dövlət qurumlarının əməkdaşlarına verilən əlavə ödənişlərin –“rüsum pulu”nun verilməsi prosesinin dayandırılması barədə xəbər vermişdik.
Qeyd edək ki, problemə səbəb kimi isə Maliyyə Nazirliyinin nəzərdə tutulan həmin vəsaitləri bloklaması göstərilirdi.
1xeber.media xəbər verir ki,problem aradan qalxdıqdan sonra ASAN Xidmət mərkəzlərində çalışan bir qrup şəxs Gununsesi.info-ya təşəkkür məktubu yollayıb.
ASAN Xidmət mərkəzlərində çalışan digər dövlət orqanlarının təmsilçiləri saytımıza yolladıqları məktubda problemi işıqlandırdığımız üçün redaksiyamıza təşəkkür edib.
” “Gününsəsi”nin bu məsələni aktuallaşdırmasından qısa zaman sonra məsələ qismən həllini tapdı. Bizim üçün nəzərdə tutulan “rüsum pulları”nın verilməsi yeni qaydalarla təsdiqləndi. Düzdür, əvvəlki dövrlərdə olduğu kimi tam öndənilmir, amma buna da şükür edirik” , – deyə müraciət müəllifləri yazır.
Xatırladaq ki, ölkə prezidentinin fərmanına əsasən, 2026-cı ilin mart ayında qəbul olunmuş qərarlarla ASAN mərkəzlərində fəaliyyət göstərən həm ASAN əməkdaşlarının, həm də digər dövlət orqanlarının nümayəndələrinin mükafatlandırılması üçün dövlət büdcəsindən illik 26,6 milyon manat vəsait ayrılsa da, Maliyyə Nazirliyi həmin vəsaiti bloklamışdı.