Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza İdarəsi daha iki avtomobil alacaq.
1xeber.media xəbər verir ki, bununla bağlı keçirilmiş tenderin nəticəsi açıqlanıb.
MMəlumatda qeyd edilir ki, sözügedən qurum 288 min 500 manat ödəyərək, “TOYOTA ABŞERON CENTER” MMC-dən 1 ədəd “Cip” və 1 ədəd sedan tipli maşın alacaq.
Tribun.az-ın açıq mənbələr üzərindən apardığı araşdırma zamanı məlum olub ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza İdarəsi təkcə bu ilin ilk 6 ayı ərzində avtomobil alışı ilə bağlı iki tender keçirib. Belə ki, həmin tenderlərdən biri bu ilin yanvarında reallaşıb və “AZƏRMAŞ PARK” MMC-dən 4 ədəd sedan tipli maşın alınıb. Bunun üçün isə 98 min 400 manat ödəyib.
Bu ilin may ayında isə sözügedən idarə daha bir tenderi yekunlaşdırıb. Məlum olub ki, qurum “AUTO AZƏRBAYCAN” MMC ilə 5 ədəd Cip, 1 ədəd isə sedan tipli avtomobil alışını həyata keçirib. Bu məqsədlə şirkətə 443 min 600 manat ödəyib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza İdarəsi 2025-ci ilin son ayında isə daha iki avtomobil alıb. “TOYOTA”-BAKI MƏRKƏZİ” MMC ilə əldə olunmuş razılaşmaya əsasən iki ədəd avtomobil üçün 391 min manat ödənilib.