Вернуться назад Распечатать

Elşən Həsənli Muradxan kəndində meyvə bağına baxış keçirib

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli Muradxan kəndində Natiq Qədirova məxsus 3 hektar torpaq sahəsində salınmış ərik bağına baxış keçirib.

1xeber.media xəbər verir ki,görüş zamanı onların suvarma, logistika və satış imkanları ilə maraqlanıb. Ərik ağaclarının becərilməsi və ziyanvericilərlə mübarizə tədbirləri barədə məlumat verilib.