Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyələrinə əsasən, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədilə qəsəbələrdə sakinlərlə görüşlərin keçirilməsi davam etdirilir.
1xeber.media xəbər verir ki,Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun 17 iyun 2026-cı il tarixində Türkan qəsəbəsi Mədəniyyət Mərkəzində sakinlərlə növbəti səyyar qəbul keçirilmişdir.
Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri, həmçinin rayonun idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Tədbir zamanı vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun araşdırılması və operativ həlli məqsədilə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.






