Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, RİH başçısının müavinləri və RİH başçısı Aparatının əməkdaşları Vətən müharibəsi şəhidi Axundov Mirzə Musa oğlunun ailəsini ziyarət ediblər.
1xeber.media xəbər verir ki,görüş zamanı şəhidin əziz xatirəsi dərin ehtiramla yad olunmuş, ailənin qayğı və problemləri ilə maraqlanılmışdır. Şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğının davamlı olacağı vurğulanmışdır.
Sonda şəhid övladının ad günü qeyd olunmuş, ailəyə xoş arzular ünvanlanmışdır.





