Ukraynadakı müharibə yeni texnologiyaların döyüşün gedişatını real vaxt rejimində necə dəyişə biləcəyinə dair bir nümunəyə çevrilib.
1xeber.media xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin elm və texnologiya məsələləri üzrə köməkçisi Cozef Cuell deyib.
Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsinin əsas xüsusiyyətlərindən biri də hazırda cəbhə xəttində istifadə olunan silahların əhəmiyyətli bir hissəsinin tammiqyaslı işğal başladıqdan sonra hazırlanmasıdır.
Cuell vurğulayıb ki, Ukrayna müdafiə sənayesi döyüş meydanındakı təcili ehtiyac səbəbindən yeni növ dronların və digər texnoloji həllərin istehsalını tez bir zamanda başlada bilib. O hesab edir ki, ABŞ da yeni hərbi texnologiyaların tez bir zamanda inkişaf etdirilməsini və tətbiqini öyrənməlidir.