Вернуться назад Распечатать

Neft Emalı Zavodundakı yanğın söndürüldü - YENİLƏNİB

18 iyun tarixində saat 08:30 radələrində Neft Emalı Zavodunun 31 saylı Katalitik Reforminq Qurğusunda yerləşən 211/1 saylı isti dəyişdiricinin üst qapaq hissəsində buraxılış nəticəsində yanğın hadisəsi baş verib.

Bu barədə 1xeber.media-ya SOCAR Downstream MMC-dən məlumat verilib.

Hadisə dərhal nəzarətə götürülüb və Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin çevik müdaxiləsi nəticəsində yanğın tam söndürülüb.

Zavodun fəaliyyəti təhlükəsizlik tələblərinə uyğun şəkildə davam etdirilir və istehsalat prosesində hər hansı fasilə müşahidə olunmur.

Hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırma aparılır.

*** 09:07

Fövqəladə Hallar Nazirliyi Neft Emalı Zavodundakı yanğınla bağlı məlumat yayıb.

FHN-dən 1xeber.media-ya bildirilib ki, nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunda yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

***

08:47

Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın başlayıb.

1xeber.media-nın əldə etdiyi məlumata görə, hazırda zavodun işçiləri təxliyə edilir.

Əlavə məlumat veriləcək.